Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saturnda bir gün neçə saatdır? 

Məlum olub ki, bu planetdə bir gün 10 saat, 33 dəqiqə və 38 saniyədən ibarətdir.

Kaliforniya Universitetinin astronomu Kristofer Mankoviçin rəhbərlik etdiyi tədqiqat qrupu Saturnun Yerə nisbətən iki dəfədən də çox sürətlə fırlandığını kəşf edib. ABŞ-da nəşr olunan "Astrophysical Journal"da dərc olunmuş hesabatda bildirilir ki, təxminən 58 min kilometr radiusu olan Saturnun daha sürətlə fırlanmasının səbəbi onun ölçülərinin Yerdən doqquz dəfə kiçik olmasıdır.

Hesabatda qeyd olunur ki, əvvəllər alimlər Saturnla bağlı bu tədqiqatları "Voyager" kosmik gəmisində yerləşdirilmiş radio dalğalarını ölçən cihaz vasitəsilə aparırdılar. 1980-ci ildən 2000-ci ilədək radiosiqnallar bu gəmidən, daha sonra isə "Cassini" zondundan alınıb. 1993-cü ildə astronomlar Mark Marli və Kerolayn Porko ilk dəfə Saturn planetinin seysmik aktivliyini ölçüblər və müəyyən ediblər ki, onun ətrafındakı nazik halqalar qravitasiyanın gücünün göstəricisidir. Fırlanma zamanı planetdən çıxan qazlar isə halqaların üzərində bulud təbəqəsi yaradır.

Bütün bu məlumatların əsasında NASA 2017-ci ildə kosmosa yeni missiya göndərib. "Cassini" zondundan alınan fotoşəkilləri təhlil edən və siqnalları ölçən Mankoviçin qrupu Saturnun fırlanması zamanı buludların altında halqaların sayını və sürətini ölçə biliblər. Astronom bununla əlaqədar deyib: "Biz bu nəhəng qaz planetinin daha mükəmməl mənzərəsini yarada bildik və halqaların fırlanması barədə müfəssəl məlumat əldə etdik. Sərt top kimi fırlanan bu qaz planeti soğan qabığının qatları kimidir və hər bir qatın özünün fırlanma sürəti var".

Mankoviçin tədqiqat qrupu hazırda NASA-nın Kaliforniyadakı Moffet bazasında fəaliyyətini davam etdirir. Astronomlar "soğan qabığının" qatlarını öyrənməyə çalışırlar.

pia.az


Etiket: Saturn elm

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

Türkiyədə qədim dövrə aid Skilla heykəl nümunələri tapıldı - Fotolar 

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay